13 Av 5786 27 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Magistratura ixtisaslaşma seçimi DİM

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Vaxt artırıldı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ixtisaslaşma seçiminin vaxtını 27 iyul saat 13:00-dək uzadıb. Müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar həmin vaxta qədər internet vasitəsilə öz seçimlərini təsdiqləməlidirlər.

DİM-in 27 iyul saat 09:15-ə olan məlumatına əsasən, artıq 15633 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 14251 nəfəri Azərbaycan bölməsi, 1382 nəfəri isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

İxtisaslaşma seçimi müddətində namizədlər bitirdikləri bakalavr ixtisasına və istəklərinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçə bilərlər. Həmin kodlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istənilən ardıcıllıqla daxil edilib təsdiqlənməlidir. Seçilən ixtisaslaşmalar (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələb) namizədin bitirdiyi ixtisasa müvafiq olmalıdır.

Qəbul aparılan ixtisaslaşmaların və onlara ayrılan yerlərin siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub. Qeyd olunur ki, yalnız elektron ərizəsində ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar müsabiqəyə buraxılacaqlar.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Vaxt artırıldıjnews.az səsləndirməsi