İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza zolağında həyata keçirdiyi dəqiq aviazərbələr nəticəsində HƏMAS-ın “Nuxba” bölməsinin komandiri Məhəmməd Nəcib Aşuru və təşkilatın hərbi qanadının hüceyrə rəhbəri Tamer Səid Əbu Nəhalanı zərərsizləşdirib.
İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki şəxs İsrail hərbçilərinə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində iştirak edib. Bildirilir ki, onlar Qəzza zolağında fəaliyyət göstərən İsrail ordusu bölmələri üçün təhlükə mənbəyi hesab olunurdular.
Ordunun açıqlamasında qeyd edilir ki, əməliyyat kəşfiyyat məlumatları əsasında həyata keçirilib və hədəflər dəqiq zərbələrlə məhv edilib.