13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Diqqət: “Qarabağ”ın oyunu günü metro necə işləyəcək?

Diqqət: “Qarabağ”ın oyunu günü metro necə işləyəcək?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” (İslandiya) qarşılaşması ilə əlaqədar metronun iş rejimində dəyişikliklər tətbiq olunacaq.

“Bakı Metropoliteni” QSC-nin rəsmi məlumatına görə, kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Azarkeşlərin rahatlığı və təhlükəsiz daşınması üçün stansiyada əlavə nəzarət mexanizmləri tətbiq ediləcək, növbətçilik cədvəli əsasında köməkçi işçi qüvvəsi cəlb olunacaq.

Stansiyadakı sərnişin axınını idarə etmək üçün xüsusi diqqət yetiriləcək və eyni zamanda, “Nərimanov” və “28 May” stansiyalarında da preventiv tədbirlər görüləcək.

Qatarların hərəkəti ilə bağlı verilən açıqlamaya əsasən, gün ərzində hərəkət yay qrafikinin iş günləri cədvəli üzrə həyata keçiriləcək. Qarşılaşma başa çatdıqdan sonra isə qatarların hərəkəti sərnişin axını və “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək. Həmçinin, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →