7 Av 5786 21 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Bakıdakı yəhudi icmasının etirazı nəticə verdi: Qondarma "erməni soyqırımı" Knessetdə müzakirə edilmədi

Azərbaycanın diplomatik müdaxiləsi və yəhudi icmasının mövqeyi: “Erməni soyqırımı” Knessetin gündəliyindən çıxarıldı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın diplomatik etirazları fonunda İsrail parlamentində (Knesset) qondarma “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı nəzərdə tutulan səsvermə keçirilməyib. Bu barədə İsrailin “Haaretz” nəşrində geniş məqalə dərc olunub.

b56f1e58 1dfe 4800 879e 03d41382c967

Nəşrin yazdığına görə, Bakı ilə aparılan diplomatik təmaslardan sonra məsələ parlamentin gündəliyindən çıxarılıb. Bildirilir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsrail Baş nazirinin administrasiyasına müraciətindən sonra Baş nazir Benyamin Netanyahu səsvermənin keçirilməsinin qarşısını alıb. Maraqlıdır ki, Netanyahu daha əvvəl hökumətin iclasında qərarın lehinə səs vermişdi.

Hökumət qərarı qəbul etsə də, parlamentdə səsvermə keçirilmədi

İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş vermiş hadisələrin soyqırımı kimi tanınmasına dair qərarı yekdilliklə qəbul etmişdi. Lakin qərarın tam hüquqi qüvvəyə minməsi üçün onun Knesset tərəfindən də təsdiqlənməsi tələb olunurdu.

thumbs b c b4ff7ef78dc0a82137d9d1b0260f7366

Buna baxmayaraq, parlamentin yay sessiyası başa çatanadək məsələ səsverməyə çıxarılmayıb və gündəlikdən kənarda saxlanılıb.

Bakı qərara etiraz etmişdi

Azərbaycan İsrail hökumətinin qərarına dərhal etiraz edib. İyunun 29-da Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq İsraili qəbul etdiyi qərara yenidən baxmağa çağırıb.

Bəyanatda qeyd olunub ki, 1915-ci il hadisələrinin siyasiləşdirilməsi regionda barışığa xidmət etmir, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də sülh sazişi üzrə aparılan danışıqlara mənfi təsir göstərə bilər.

Azərbaycanın yəhudi icması da etiraz edib

Azərbaycanın yəhudi icmasının nümayəndələri də sözügedən qərara qarşı çıxış ediblər.

İsrail mətbuatının məlumatına görə, Bakı Sefarad Yəhudiləri İcmasının rəhbəri ravvin Zamir İsayev İsrailin dini partiyalarını (ŞAS və “Yahidut ha-Tora”) təmsil edən deputatlara məktub ünvanlayaraq, qərarın Azərbaycan–İsrail münasibətlərinə mümkün təsirlərini nəzərə almağa çağırıb.

Bakıdakı yəhudi icmasının etirazı nəticə verdi: Qondarma "erməni soyqırımı" Knessetdə müzakirə edilmədi

O, Azərbaycanın İsrailin ən yaxın və etibarlı tərəfdaşlarından biri olduğunu qeyd edərək, ölkənin uzun illərdir yəhudi icmasına göstərdiyi dəstəyi və iki dövlət arasında formalaşmış strateji tərəfdaşlığı xatırladıb. Daha sonra Azərbaycanın digər yəhudi icmalarının rəhbərləri də Knesset üzvlərinə analoji müraciətlər göndəriblər.

Dini partiyalar layihənin qəbuluna imkan vermədi

Səsvermənin baş tutmamasında əsas rolu İsrailin dini partiyaları oynayıb. Onlar qanun layihəsinin əleyhinə səs verəcəklərini əvvəlcədən bəyan ediblər. Müxalifətdə olan bəzi siyasi qüvvələrin də eyni mövqe sərgilədiyi bildirilir.

Mənbələrin sözlərinə görə, hakim Likud Partiyası layihənin parlamentdə kifayət qədər dəstək qazanmayacağını nəzərə alaraq onu gündəlikdən çıxarmağa üstünlük verib.

“Haaretz” qeyd edir ki, analoji cəhd ötən ilin yayında da baş vermiş, lakin Azərbaycan rəsmisinin Baş nazir Benyamin Netanyahuya zəngindən sonra səsvermə təxirə salınmışdı.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanın diplomatik müdaxiləsi və yəhudi icmasının mövqeyi: “Erməni soyqırımı” Knessetin gündəliyindən çıxarıldıjnews.az səsləndirməsi