8 Av 5786 22 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
"Arzum"un apellyasiya məhkəməsi başlayır : Cəzasız azaldılacaq?

“Arzum”un apellyasiya məhkəməsi başlayır: Cəzası azaldılacaq?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

TikTok platformasında “Arzum” adı ilə tanınan İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəmə baxışı bu gün Bakı Apellyasiya Məhkəməsində başlayır.

Təxminən 20 gün əvvəl həbs olunan İlduzə Hacıyeva Bakı İstintaq Təcridxanasından məhkəməyə konvoyun müşayiəti ilə gətirilib.

Məlumata əsasən, tiktokerin yaxınları məhkəmə iclasının başlamasına təxminən bir saat qalmış Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplaşıblar.

Xatırladaq ki, İlduzə Hacıyeva barədə hökm iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılıb. O, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olmaqda və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin İlduzə Hacıyeva irəli sürülən ittihamlarla razılaşmır və özünü təqsirsiz hesab edir. Bu səbəbdən onun vəkilləri birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.

Müdafiə tərəfi bildirir ki, İlduzə Hacıyeva baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmayıb və birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslandırılmış deyil. Vəkillər məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edirlər.

Məlumata görə, zərərçəkmiş tərəf də son gün apellyasiya şikayəti verib. Qəza nəticəsində həyatını itirən Amal Məlikovun həyat yoldaşı Sənubər Muradova İlduzə Hacıyevaya təyin olunmuş cəzanın ağırlaşdırılmasını tələb edir.

İlduzə Hacıyevanın apellyasiya şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclasının saat 10:45-də başlaması nəzərdə tutulur.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov həyatını itirib, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.

Amal Məlikovun yaxınları İlduzə Hacıyeva ilə barışmayaraq onun qanun qarşısında layiqli şəkildə cəzalandırılmasını tələb ediblər.

İlduzə Hacıyevanın məhkəmə zalında həbs olunması cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında müxtəlif müzakirələr aparılıb. Hüquqşünaslar və ekspertlər həmin görüntüləri təhlil edərək hadisə ilə bağlı fərqli hüquqi mövqelər irəli sürüblər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
“Arzum”un apellyasiya məhkəməsi başlayır: Cəzası azaldılacaq?jnews.az səsləndirməsi