26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ARDNF-nin aktivləri 72,5 milyard dollardan çox təşkil edib

ARDNF-nin aktivləri 72,5 milyard dollardan çox təşkil edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Bu il iyulun 1-i tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 72 596 milyon ABŞ dolları (123 414 milyon manat) təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 1,29% azdır.

Fondun gəlir və xərcləri

2026-cı ilin yanvar-iyun ayları ərzində ARDNF-nin ümumi gəlirləri 8 531,3 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 4 953,4 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 577,9 milyon manat, büdcə xərcləri isə hesabat dövrü üzrə 6 449,7 milyon manat təşkil edib.

Sazişlər və yataqlar üzrə daxilolmalar

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 953,4 milyon manat olub. Bunun 4 947,6 milyon manatı mənfəət neftinin və qazın satışından, 0,9 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 4,9 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →