Azərbaycanda mopedlərin qeydiyyatı və istismarı ilə bağlı yeni dövlət rüsumları təsdiqlənib.
Yeni qaydalara əsasən, mopedlərin dövlət qeydiyyatı, texniki baxışı, dövlət qeydiyyat nişanının alınması, eləcə də sürücülük vəsiqəsinin verilməsi və imtahanlarla bağlı ödənişlər müəyyən edilib.
Təsdiqlənən rüsumlara əsasən:
- Mopedin dövlət qeydiyyatı – 10 manat
- Texniki baxış – 15 manat
- Dövlət qeydiyyat nişanı – 15 manat
- Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi – 30 manat
- Sürücülük vəsiqəsi üçün imtahan – 40 manat
- Təkrar imtahan – 20 manat
- Qeydiyyat şəhadətnaməsinin verilməsi – 30 manat
Bununla yanaşı, dövlət qeydiyyatına alınmış mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə icbari sığorta da tətbiq ediləcək.
Yeni tələblərə əsasən, mopedləri idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq.