12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ABŞ prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində çıxışı zamanı İrana qarşı yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

Trampdan İrana sərt xəbərdarlıq: “Bu gecə də zərbə endirə bilərik”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində çıxışı zamanı İrana qarşı yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

O bildirib ki, ABŞ ötən gecə İrana güclü zərbə endirib və bu gecə də analoji əməliyyat həyata keçirilə bilər.

“Onlar ağıllarını itiriblər”, – deyə ABŞ prezidenti İran rəhbərliyini sərt tənqid edib.

O, həmçinin Tehranı danışıqlar prosesində Vaşinqtonu aldatmaqda ittiham edib. Trampın sözlərinə görə, tərəflər müəyyən məsələlər üzrə razılığa gəlsələr də, İran nümayəndələri sonradan mətbuat qarşısında həmin mövzuların ümumiyyətlə müzakirə olunmadığını iddia ediblər.

Trampın mümkün yeni zərbə ilə bağlı bəyanatı bölgədə vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →