Yenilənib: Avqust 14, 2026 2:01 axşam
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri (PSQ) avqustun 1-dən 13-dək Rusiya qoşunlarının 240 enerji qovşağına zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) bildirib.
Onun sözlərinə görə, “Krım rubilniki off” əməliyyatı çərçivəsində Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektlərinə zərbələr davam etdirilir.
Brovdi bildirib ki, hücumların əsas hədəfləri arasında stasionar radiolokasiya stansiyaları və hava hücumundan müdafiə sistemlərinin digər elementləri yer alır.
Komandanın sözlərinə görə, avqustun 13-nə keçən gecə Ukrayna PSQ-si daha 29 enerji qovşağına zərbə endirib.
Əməliyyat iyulun 1-dən keçirilir
“Krım rubilniki off” əməliyyatına 2026-cı il iyulun 1-dən Robert Brovdi rəhbərlik edir.
Ukrayna tərəfinin açıqlamasına görə, əməliyyatın məqsədi müvəqqəti işğal olunmuş ərazilərdə, o cümlədən Krımda kritik enerji obyektlərinin və yarımstansiyaların sistemli şəkildə sıradan çıxarılmasıdır.
Qeyd edək ki, enerji infrastrukturu hərbi əməliyyatlar çərçivəsində strateji əhəmiyyət daşıyan obyektlərdən biridir.
Mənbə: Jnews.az
