30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
FHN əhaliyə müraciət etdi: Avqustun 17-dək ehtiyatlı olun

FHN əhaliyə müraciət etdi: Avqustun 17-dək ehtiyatlı olun

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 13, 2026 4:10 axşam

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin bir sıra bölgələrində qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir. Bu müddətdə bəzi ərazilərdə əlverişsiz meteoroloji hadisələrin baş verəcəyi proqnozlaşdırılır.

FHN-dən vətəndaşlara tövsiyələr

Nazirlik güclü külək zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

  • ağacların və yüngül konstruksiyaların yaxınlığında dayanmamaq;
  • reklam lövhələrindən uzaq durmaq;
  • sel və daşqın təhlükəsi olan ərazilərdə ehtiyatlı olmaq;
  • hava şəraitinin kəskin pisləşdiyi vaxtlarda zəruri olmadıqda çölə çıxmamaq

tövsiyə olunur.

FHN xatırladıb ki, fövqəladə hal baş verdikdə dərhal “112” qaynar xəttinə müraciət etmək lazımdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
FHN əhaliyə müraciət etdi: Avqustun 17-dək ehtiyatlı olunjnews.az səsləndirməsi