Azərbaycanda ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi prosesi davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, prosedura artıq 7 mindən çox şəxs qatılıb.
7 avqust saat 09:45-ə olan vəziyyətə əsasən 7 437 abituriyent ərizəsini təsdiqləyib. Onlardan 7 084 nəfər Azərbaycan bölməsində, 353 nəfər isə rus bölməsində təhsil almağı planlaşdırır.
Kolleclərə qəbul üçün ixtisas seçimi prosesi 9 avqust saat 23:59-dək davam edəcək.
Mənbə: Jnews.az