“BakuBus” MMC 9 iyul 2026-cı il tarixində saat 16:30 radələrində Koroğlu Rəhimov küçəsində 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişin və sürücü arasında baş vermiş insidenti araşdırıb.
Aparılan araşdırmalar nəticəsində sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən edilib. Baş vermiş halla bağlı sürücüdən izahat alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə müvafiq tədbirlər görülüb.
“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədiyini bildirib. Şirkət gələcəkdə bu cür halların təkrarlanmaması üçün sürücülərin xidməti fəaliyyətinə nəzarəti gücləndirməyi və daxili intizam mexanizmlərini təkmilləşdirməyi planlaşdırır.