“Qarabağ” futbol klubunun kolumbiyalı hücumçusu Kamilo Duran bundan sonra karyerasını Şotlandiyanın “Seltik” klubunda davam etdirəcək.
Klubdan verilən rəsmi məlumata görə, “Qarabağ” rəhbərliyi “Seltik”in təklifini müsbət dəyərləndirib. Transferin gerçəkləşməsində futbolçunun öz istəyi də əsas rol oynayıb və tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb.
2025-ci ilin yayından etibarən “Qarabağ”ın şərəfini qoruyan Kamilo Duran, komandanın heyətində keçirdiyi 45 oyunda 15 dəfə rəqib qapılarına yol tapıb. Hücumçu Ağdam klubunun heyətində UEFA Çempionlar Liqasının Liqa mərhələsini keçərək pley-offa yüksəlmə uğurunda da pay sahibi olub.