13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bu il müəllimlərin işə qəbulu imtahanında YENİLİK OLACAQ

Bu il müəllimlərin işə qəbulu imtahanında YENİLİK OLACAQ

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları mərhələsinə başlanılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bildirib ki, prosesin yüksək səviyyədə təşkili üçün ölkənin 23 şəhərində 56 imtahan mərkəzi hazırlanıb. Yaradılan bu geniş infrastruktur 11 mindən çox namizədin eyni anda imtahan verməsinə imkan yaradır.

İbtidai sinif müəllimləri üçün yenilik

Bu ilki imtahan prosesində diqqətçəkən ən əsas məqamlardan biri ibtidai sinif üzrə namizədlərlə bağlıdır. Şöbə müdirinin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, cari ildə imtahan mərkəzlərinin imkanları və namizədlərin sayı nəzərə alınaraq, ibtidai sinif müəllimliyi üzrə müraciət edənlər də digər fənn müəllimləri kimi eyni gündə və saatda imtahan verə biləcəklər.

Qeyd edək ki, ötən dövrlərdə ibtidai sinif müəllimləri üçün imtahanlar digər fənlərdən fərqli qrafiklə təşkil olunurdu. /Qafqazinfo

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →