HƏMAS tərəfindən 2023-cü il oktyabrın 7-də girov götürülən Bibas ailəsinin atası Yarden Bibas oğlu Ariel Bibasın doğum günü münasibətilə emosional məktub paylaşıb.
Yarden Bibas məktubunda oğluna müraciət edərək onun doğum gününü birlikdə qeyd edə bilmədiklərini bildirib.
“Çuki, ad günündə səni ad günü stuluna qaldıra bilmirəm. Sənin həyəcanla hədiyyələrini açdığını da görə bilmirəm”, – deyə o yazıb.
Bibas qeyd edib ki, hər ötən gün onun üçün daha da ağır keçir.
Bibas ailəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı Nir Oz kibbutzundan girov götürülmüşdü. Sonradan İsrail rəsmiləri Ariel Bibasın HƏMAS əsirliyində həyatını itirdiyini açıqlayıblar.
Məlumata görə, həmin gün ailənin Tonto adlı iti də hücum zamanı öldürülüb.
Mənbə: jpost.com