22 Tammuz 5786 7 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
“Bloomberg”: Zelenski Tramp və NATO liderləri ilə görüşlərdən ümidlidir

“Bloomberg”: Zelenski Tramp və NATO liderləri ilə görüşlərdən ümidlidir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Türkiyənin paytaxtı Ankarada keçiriləcək sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və digər alyans liderləri ilə keçirəcəyi görüşlərə nikbin yanaşır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Zelenski son günlərdə onunla əlaqə saxlayan mənbələrdən birinə sammit ərəfəsində Tramp və digər NATO liderləri ilə aparılacaq danışıqlardan müsbət nəticələr gözlədiyini bildirib.

Məlumatda o da qeyd olunur ki, Ukrayna lideri ABŞ ilə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlığa dair sazişin imzalanmasını hələlik təxirə salıb.

Bildirilir ki, Zelenskinin bu addımı atmasının əsas məqsədi daha əlverişli şərtlər əldə etmək və ABŞ rəsmilərinin sözügedən əməkdaşlığın strateji əhəmiyyətini daha yüksək qiymətləndirməsinə nail olmaqdır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
“Bloomberg”: Zelenski Tramp və NATO liderləri ilə görüşlərdən ümidlidirjnews.az səsləndirməsi