8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Pekin Rusiya hərbçilərinin Çində təlim keçdiyini inkar etdi

Pekin Rusiya hərbçilərinin Çində təlim keçdiyini inkar etdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin Rusiya hərbçilərinin Çində təlim keçməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

O, bu iddiaları “Çini nüfuzdan salmağa yönəlmiş tamamilə uydurma məlumatlar” kimi qiymətləndirib.

Mao Nin vurğulayıb ki, Çin Ukrayna böhranı ilə bağlı ardıcıl olaraq obyektiv və qərəzsiz mövqe nümayiş etdirir, münaqişənin siyasi yollarla həllini dəstəkləyir və sülh danışıqlarının təşviqi istiqamətində səylərini davam etdirir.

Çin XİN sözçüsü Almaniya Xarici İşlər Nazirliyinin Çinin Berlindəki səfirini nazirliyə çağırmasına da münasibət bildirib. O qeyd edib ki, Berlin Pekinin Ukrayna böhranı ilə bağlı mövqeyinə obyektiv və rasional yanaşmalıdır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →