8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Lukaşenko: "Belarus hərbçiləri Ukrayna cəbhəsinə göndərilməyəcək"

Lukaşenko: “Belarus hərbçiləri Ukrayna cəbhəsinə göndərilməyəcək”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə hərbçilərinin Ukraynadakı döyüşlərə göndərilməyəcəyini bəyan edib.

O, bu barədə ali hərbi təhsil müəssisələrinin məzunları və ali zabit heyətinin şərəfinə keçirilən təntənəli mərasimdə çıxışı zamanı danışıb.

A. Lukaşenko bildirib ki, Belarus müharibənin genişlənməsində maraqlı deyil və ölkə rəhbərliyi münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.

“Heç kim sizi bu qırğına göndərməyəcək. Bizə müharibə lazım deyil. Ukraynada müharibənin davam etməsi çox pis haldır. Biz bütün məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz dinc xalqıq, müharibə etmək istəmirik. Lakin eyni zamanda düşmən qarşısında da baş əymək niyyətində deyilik”.

A. Lukaşenkonun açıqlaması Belarusun Ukraynadakı müharibədə birbaşa iştirak etməyəcəyi ilə bağlı növbəti rəsmi bəyanat kimi qiymətləndirilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →