2026-cı ilin birinci yarısında Böyük Britaniyada 1926 antisemitizm halı qeydə alınıb. “Community Security Trust” (CST) təşkilatının altıaylıq hesabatına əsasən, bu göstərici müşahidələr tarixində altıaylıq dövr üçün ikinci ən yüksək göstərici olub.
Bu cür hadisələrin rekord sayı 2024-cü ilin birinci yarısında qeydə alınıb – 2109 hal. Müqayisə üçün, 2025-ci ilin analoji dövründə 1598 epizod, HƏMAS-ın İsrailə hücumundan əvvəl, 2023-cü ilin birinci yarısında isə 965 insident aşkar edilmişdi.
“Community Security Trust”: Bu rəqəmlər 2023-cü il 7 oktyabr tarixindən sonra antisemit insidentlərinin səviyyəsinin uzunmüddətli perspektivdə HƏMAS-ın İsrailə terror hücumundan əvvəl xəbər verildiyindən xeyli yüksək səviyyədə sabitləşdiyinin əlavə sübutudur.
Cari ilin 1926 insidentindən təxminən 41%-i (787 hal) İsrail, Fələstin, HƏMAS-ın hücumları və ardından gələn müharibə kontekstində anti-yəhudi ritorikası ilə müşayiət olunub. Fiziki hücumların payı 2025-ci ilin birinci yarısındakı 4%-dən 7%-ə (136 hal) yüksəlib. İri hadisələr arasında aprelin 15-də Finçlidə sinaqoqun yandırılması və mart ayında Qolders-Qrində Hatzolah yəhudi xilasetmə xidmətinin dörd təcili tibbi yardım maşınının yandırılması var.
Mənbə: jns.org