Bakının Buzovna qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 4-nə keçən gecə, saat 01:00 radələrində Zuğulba şosesinin Buzovna qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Elmir Qismət oğlu Həsənovun idarə etdiyi “Opel” markalı, 01-CO-753 dövlət qeydiyyat nişanlı minik avtomobili Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi “Volvo” markalı, 67-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü Elmir Həsənov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.