22 Av 5786 5 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Kiyevə kütləvi raket və PUA hücumu: Ölən və yaralananlar var

Kiyevə kütləvi raket və PUA hücumu: Ölən və yaralananlar var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.

İlkin məlumata görə, hücum nəticəsində ümumilikdə 15 nəfər həlak olub, 51 nəfər isə yaralanıb. Paytaxt Kiyev və ətraf ərazilərdə bir neçə nöqtədə güclü yanğınlar baş verib.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin (DSNS) məlumatına əsasən, həlak olanlardan 14-ü Kiyev vilayətində qeydə alınıb. Həmin bölgədə 27 nəfərin yaralandığı bildirilir.

Hadisə yerlərində axtarış-xilasetmə işləri davam edir. Ukrayna rəsmiləri dağıntılar altında insanların qala biləcəyini istisna etmirlər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Kiyevə kütləvi raket və PUA hücumu: Ölən və yaralananlar varjnews.az səsləndirməsi