16 Tammuz 5786 1 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Təhlil Mədəniyyət Xəbərlər
MEDİA sorğusu: Azərbaycan əhalisinin 93 faizi Prezidentin fəaliyyətini dəstəkləyir

MEDİA sorğusu: Azərbaycan əhalisinin 93 faizi Prezidentin fəaliyyətini dəstəkləyir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin ilk yarısında Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirib. Agentliyin yaydığı məlumata görə, sorğunun nəticələri dövlət başçısının siyasətinə yüksək ictimai dəstəyi ortaya qoyub.

Rəyi soruşulanların 93,6 faizi Prezidentin fəaliyyətini müsbət dəyərləndirdiyini bildirib. Ümumilikdə, respondentlərin 87,7 faizi İlham Əliyevə etimad etdiyini qeyd edib. Bu, hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına inandığını göstərir.

Sorğu iştirakçılarının seçki ilə bağlı mövqeyi də yüksək dəstəyi təsdiqləyir. Belə ki, əgər prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, respondentlərin 91,5 faizi öz səsini İlham Əliyevə verəcəyini bəyan edib.

Bundan əlavə, rəyi soruşulanların 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab edir. Tədqiqatçılar bu göstəricidə ötən dövrlərlə müqayisədə artım dinamikasının qeydə alındığını vurğulayır.

İctimai rəy sorğusu 20-30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə metodu ilə aparılıb. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Rəsmi statistikaya uyğun olaraq respondentlərin bölgüsü təmin edilib və xəta əmsalı +- 3 faiz təşkil edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
MEDİA sorğusu: Azərbaycan əhalisinin 93 faizi Prezidentin fəaliyyətini dəstəkləyirjnews.az səsləndirməsi