Bakı Slavyan Universitetinin sabiq rektoru və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib.
Bu barədə məlumatı onun oğlu, Mərkəzi Seçki Komissiyası katibliyinin müdiri İlqar Əlizadə yayıb.
Onun sözlərinə görə, Nurlana Əliyeva uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.
Mərhum bu gün Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.