“İran və ABŞ arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpası aylar çəkə bilər.”
Bunu “Financial Times” qəzetinə Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa bildirib.
Onun sözlərinə görə, əsas problem akvatoriyanın minalardan təmizlənməsi olaraq qalır – burada 80-ə qədər mina ola bilər. Hazırda mülki gəmilər yalnız iki dar dəhliz boyunca – İranın Larak adası yaxınlığında və Oman sahili boyunca təhlükəsiz hərəkət edə bilir.
“Mövcud marşrutlar son dərəcə məhduddur. Biz əvvəlki şəraitdən çox uzağıq.”
T. Soqanın proqnozuna görə, boğaz açıldıqdan sonra ilk vaxtlar daşımaların həcmi normadan az – yarıdan da aşağı olacaq. Müharibədən əvvəlki göstəricilərə qayıtmaq üçün uzun və təhlükəli təmizlənmə işləri tələb olunacaq.