1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Fransada anomal istilər: 3 min insan xəstəxanaya müraciət edib

Fransada anomal istilər: 3 min insan xəstəxanaya müraciət edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Fransada anomal isti hava şəraiti davam edir. Güclü istilər fonunda son 24 saat ərzində Paris və İl-de-Frans regionunun xəstəxanalarına təxminən 3 min nəfər müraciət edib ki, bu da adi göstəricidən 36% çoxdur.

Ölkənin 37 bölgəsində, o cümlədən Parisdə ən yüksək – qırmızı təhlükə səviyyəsi elan olunub. Sinoptiklərin proqnozuna görə, bəzi ərazilərdə havanın temperaturu 42°C-yə çata bilər.

İstiliyin fəsadları ilə mübarizə aparmaq üçün Fransa hakimiyyəti təcili tədbirlər həyata keçirir. Səhiyyə Nazirliyi xəstəxanaların soyutma sistemləri ilə təchiz olunması məqsədilə 100 milyon avro vəsait ayırıb. Bundan əlavə, tibb müəssisələri üçün 30 min ədəd kondisionerin alınmasına göstəriş verilib.

Ekstremal istilər nəqliyyat sisteminə də təsir göstərib. Paris-Nitsa qatarı texniki nasazlıq səbəbindən bir saatdan çox tuneldə dayanmalı olub. Kondisioner sistemlərinin işləməməsi nəticəsində sərnişinlərin bir qismi özünü pis hiss edib.

Ölkədə qeyri-adi hava şəraiti təhsil müəssisələrinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Liseylərdən birində şagirdlər həddindən artıq isti binada qalmaq əvəzinə şifahi imtahanlarını açıq havada, avtomobil dayanacağında verməli olublar.

Məlumata görə, güclü istilər nəticəsində Fransada təxminən 70 min ev elektrik enerjisiz qalıb.

Avropanı bürüyən anomal isti dalğası səbəbindən Fransada indiyədək azı 18 nəfərin həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Fransa hakimiyyəti ölkənin bir sıra bölgələrində anomal istilərlə əlaqədar ən yüksək meteoroloji təhlükə səviyyəsi elan edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →