11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət Dünya İqtisadiyyat Hadisələr Texnologiya İdman Mədəniyyət Xəbərlər
Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakıda hərbi yürüşlər keçiriləcək

Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakıda hərbi yürüşlər keçiriləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü iyunun 26-da Bakıda hərbi orkestrlərin iştirakı ilə keçiriləcək təntənəli yürüşlərlə qeyd ediləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Hərbi qulluqçuların yürüşü səhər saat 10:00-dan 12:00-dək beş fərqli marşrut üzrə nəzərdə tutulub:

Birinci marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı.

İkinci marşrut: Şəhidlər Xiyabanı – "Alov Qüllələri" kompleksi – Çəmbərəkənd parkı – "İçərişəhər" metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.

Üçüncü marşrut: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.

Dördüncü marşrut: "Olimpik Star" İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.

Beşinci marşrut: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – "28 Mall" ticarət mərkəzi.

Bakı Dövlət Yol Polisi İdarəsi sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edərək, yürüşlərin keçiriləcəyi tarixdə marşrutlarını öncədən planlaşdırmağı, göstərilən istiqamətlərdə yaranacaq mümkün sıxlığı nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakıda hərbi yürüşlər keçiriləcəkjnews.az səsləndirməsi