10 Tammuz 5786 25 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət Dünya İqtisadiyyat Hadisələr Texnologiya İdman Mədəniyyət Xəbərlər
Qalibaf ABŞ-ın iddialarına cavab verdi: Boş vədlər ixrac edirsiniz

Qalibaf ABŞ-ın iddialarına cavab verdi: Boş vədlər ixrac edirsiniz

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranın dondurulmuş aktivləri ilə bağlı açıqlamalarını kəskin tənqid edib.
Qalibaf bu barədə sosial şəbəkədəki “X” hesabında paylaşım edərək Vaşinqtonun mövqeyinə sərt reaksiya verib.

Spiker ABŞ-nin İranın dondurulmuş vəsaitlərinin Amerika kənd təsərrüfatı məhsullarının alınmasına yönəldilə biləcəyi ilə bağlı iddialarına istehza ilə yanaşıb.

“Amerika yalandan iddia edir ki, bizim dondurulmamış aktivlərimiz onların kənd təsərrüfatı məhsullarını alacaq. Maraqlıdır. Bizim biçdiyimiz yeganə məhsul sizin əkdiyiniz məhsuldur: onilliklər boyu yığılan etimadsızlıq. Bu, təbii, bol və yerli istehsaldır. Görünür, ABŞ yalnız geni dəyişdirilmiş (GMO) soya lobyası, tutulmayan vədlər və boş danışıqlar ixrac edir”, – deyə Qalibaf bildirib.

Qeyd edək ki, İran və ABŞ arasında dondurulmuş aktivlərin taleyi və həmin vəsaitlərin humanitar məqsədlər üçün istifadəsi məsələsi ətrafında fikir ayrılıqları davam edir. Bu mövzu son dövrlərdə iki ölkə arasında diplomatik gərginliyin əsas istiqamətlərindən biri olaraq qalır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Qalibaf ABŞ-ın iddialarına cavab verdi: Boş vədlər ixrac edirsinizjnews.az səsləndirməsi