Bakıda fəaliyyət göstərən restoranlardan birinin işi dayandırılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranında yanğın təhlükəsizliyi ilə bağlı pozuntular aşkar edilib. Nəticədə obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və giriş qapısı möhürlənib.
Məlumata görə, restoran meyxanaçı Aqşin Fatehə məxsusdur.
Qeyd olunur ki, sözügedən iaşə obyektinin fəaliyyəti bundan əvvəl də müxtəlif vaxtlarda dayandırılıb.
Bu məlumatı ilk olaraq “Qafqazinfo” saytı yayıb.
