27 Tammuz 5786 12 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
ABŞ-İran gərginliyi: Bazalar vuruldu, Hörmüz boğazı bağlandı

ABŞ-İran gərginliyi: Bazalar vuruldu, Hörmüz boğazı bağlandı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yaxın Şərq, 12 İyul – Vaşinqton və Tehran arasında qarşılıqlı hərbi zərbələr Yaxın Şərqdə gərginliyi pik həddə çatdırıb. İran bölgədəki ABŞ bazalarına hücum etdiyini və Hörmüz boğazını bağladığını elan edib.

ABŞ-ın İrana məxsus hərbi infrastrukturu hədəf alan hava zərbələrindən sonra Tehran administrasiyası genişmiqyaslı cavab tədbirlərinə başladığını bəyan edib. “Al Jazeera” telekanalının verdiyi məlumata görə, İran ordusu Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə intensiv zərbələr endirib.

Vaşinqtondan verilən açıqlamada bildirilir ki, ABŞ-ın hava əməliyyatı İranın Hörmüz boğazında ticarət gəmisinə etdiyi hücuma cavab xarakteri daşıyıb. İran tərəfi isə bu zərbələri cavabsız qoymayacağını bildirərək dərhal əks-hərbi əməliyyatlara başlayıb. Cavab tədbirləri çərçivəsində Tehran strateji əhəmiyyətli Hörmüz boğazını gəmilərin hərəkəti üçün tamamilə bağladığını elan edib.

Hərbi gərginliyin regional müharibə müstəvisinə keçməsi təhlükəsi fonunda Körfəz ölkələrində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Beynəlxalq ictimaiyyət isə yaranmış böhranın qlobal iqtisadiyyata və təhlükəsizliyə ciddi zərbə vuracağını vurğulayaraq, tərəfləri hərbi eskalasiyanı təcili şəkildə dayandırmağa və təmkinli olmağa çağırır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ-İran gərginliyi: Bazalar vuruldu, Hörmüz boğazı bağlandıjnews.az səsləndirməsi