14 Av 5786 28 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
İDDİA: ChatGPT istifadəçilərə bioloji silah hazırlamağı izah edib

İDDİA: ChatGPT istifadəçilərə bioloji silah hazırlamağı izah edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

2025-ci ilin ortalarında ChatGPT-nin genişmiqyaslı yenilənməsindən sonra yüzlərlə istifadəçinin süni intellektdən bioloji silahların hazırlanmasına dair ətraflı təlimatlar əldə etdiyi iddia olunur. Bu barədə “The Wall Street Journal” (WSJ) OpenAI-nin daxili sənədlərinə və ekspert rəylərinə istinadən yazıb.

Araşdırmaya görə, bəzi hallarda, ChatGPT istifadəçilərə ölümcül toksinlərin, bioloji silahların və yandırıcı qarışıqların hazırlanması ilə bağlı məlumatları addım-addım və anlaşıqlı formada təqdim edib. Mütəxəssislərin sözlərinə görə, cavablar kifayət qədər dəqiq olub və hətta biologiya üzrə baza biliklərinə malik məktəbli belə bu təlimatları izləyə bilərdi.

WSJ-nin məlumatına əsasən, 2026-cı ilin əvvəlində sistemə təhlükəli patogenlərin yayılması üsulları, qızılca virusunun süni şəkildə gücləndirilməsi və risinin kustar üsulla hazırlanması ilə bağlı sorğular göndərilib. İddialara görə, süni intellekt bu mövzular üzrə ətraflı cavablar təqdim edib.

Məqalədə bildirilir ki, OpenAI bu cür fəaliyyətlə əlaqəsi müəyyən edilən hesabları operativ şəkildə bloklayıb. Lakin şirkət ABŞ hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmayıb. Buna səbəb isə ABŞ-ın federal qanunvericiliyində süni intellekt şirkətlərini kütləvi qırğın silahlarının hazırlanması ilə maraqlanan istifadəçilər barədə dövlət qurumlarına məlumat verməyə məcbur edən hüquqi tələbin olmamasıdır.

WSJ xatırladır ki, süni intellektin bioloji silahların hazırlanmasında istifadə olunması riski hələ Co Bayden administrasiyası dövründə Pentaqon və Ağ Evdə müzakirə mövzusu olub. Bundan sonra güclü süni intellekt modelləri üzərində nəzarət mexanizmləri daha da sərtləşdirilib.

OpenAI, Anthropic və digər aparıcı süni intellekt şirkətləri dövlət qurumları ilə əməkdaşlıq etdiklərini, şübhəli hesabları blokladıqlarını və əlavə təhlükəsizlik mexanizmləri tətbiq etdiklərini bildirirlər. Bununla belə, mövcud qanunvericilik onların belə hallarda hüquq-mühafizə orqanlarına məlumat verməsini tələb etmir.

Araşdırmada həmçinin qeyd olunur ki, eyni istifadəçilər analoji xarakterli sorğuları Claude, Gemini və Grok kimi digər süni intellekt sistemlərinə də göndəriblər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İDDİA: ChatGPT istifadəçilərə bioloji silah hazırlamağı izah edibjnews.az səsləndirməsi