İran ordusu ABŞ-nin Bəhreyndə yerləşən Şeyx İsa hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
“Fars” agentliyinin verdiyi məlumata görə, hücuma məruz qalan Şeyx İsa hərbi bazası ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının əsas obyektlərindən biridir. Eyni zamanda, bu baza Vaşinqtonun regiondakı əməliyyatlarının əsas mərkəzlərindəndir.
Məlumata əsasən, İran ordusu bildirib ki, ABŞ hücumları dayandırana qədər hərbi əməliyyatlar davam etdiriləcək.