Qazax rayonunun Bala Cəfərli kəndində faciəvi hadisə baş verib.
Məlumata görə, rayon sakinləri R. Xəlilov və onun qızı R. Xəlilova kənd ərazisində yerləşən göldə çimərkən boğulublar.
Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində ata və qızının meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.