Avqustun 26-da Nepalda baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 1273 nəfərə çatıb. Rəsmi məlumatlara görə, onlardan 1252-nin meyiti Nepal ərazisində, 21-nin cəsədi isə Tibetdə aşkarlanıb. Hazırda 4 mindən çox insan itkin düşmüş hesab olunur.
Jnews.az xəbər verir ki, itkin düşənlər arasında 40 ölkədən olan 600-ə yaxın xarici turist və işçi də var. Onların arasında iki İsrail vətəndaşı da yer alır. Bunlardan biri 60 yaşlı kişi, digəri isə İsrail və Belarusun ikili vətəndaşlığına malik 41 yaşlı şəxsdir.
“Nepalda Xabad” təşkilatının məlumatına görə, itkin düşənlər siyahısında təxminən 30 yəhudi ziyarətçi də var. Təşkilatın həmsədri Xani Lifşits bildirib ki, “Xabad” nümayəndələri zərərçəkənlərin ailələri, yerli icmalar və rəsmi şəxslərlə əlaqə saxlayır, insanların harada olması ilə bağlı daxil olan bütün məlumatları yoxlayırlar.
Axtarış-xilasetmə işləri təbii fəlakətin ağır nəticələri səbəbindən ciddi şəkildə çətinləşib. Su və palçıq axınları onlarla kilometr ərazidə binaları və nəqliyyat vasitələrini örtüb. Xani Lifşitsin sözlərinə görə, bir neçə gün palçıq altında qalan meyitlərin vəziyyəti onların kimliyinin müəyyənləşdirilməsini də çətinləşdir.
Mənbə: jns.org
