Yenilənib: Sentyabr 2, 2026 1:30 axşam
Bakının Xətai rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Jnews.az xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb. 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyev işlədiyi fərdi yaşayış evinin damında olarkən onu elektrik cərəyanı vurub.
F.Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır və hadisənin səbəbləri dəqiqləşdirilir.
