19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Abbas Əraqçi görüş zamanı.

Bayramov və Əraqçi Azərbaycan-İran münasibətlərini müzakirə ediblər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bişkekdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Jnews.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüşdə, həmçinin regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər yüksək səviyyədə müntəzəm dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bayramov və Əraqçi Azərbaycan-İran münasibətlərini müzakirə ediblərjnews.az səsləndirməsi