14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Prezident İlham Əliyev və futbol mövzulu təsvir

Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Jnews.az xəbər verir ki, klubun UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar olaraq ona 5 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə vəsaiti Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan təmin ediləcək.

Sərəncamın icrası ilə bağlı Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti isə sənəddən irəli gələn digər məsələlərin həllini həyata keçirməlidir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıbjnews.az səsləndirməsi