14 Elul 5786 27 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailin Kiryat-Qat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzinin binası.

İsrail Qəzza ilə bağlı mərkəzdən avropalı nümayəndələri uzaqlaşdıra bilər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail rəhbərliyi Qəzzaya dəstək üzrə fəaliyyət göstərən Beynəlxalq Mərkəzdən Böyük Britaniya və digər Avropa ölkələrinin nümayəndələrinin uzaqlaşdırılması imkanını müzakirə edir.

Jnews.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət ABŞ-ın rəhbərliyi ilə İsrailin Kiryat-Qat şəhərində yaradılan Mülki-Hərbi Koordinasiya Mərkəzindən (CMCC) gedir.

Mərkəz İsrail və HƏMAS arasında atəşkəs rejiminə nəzarət etmək və Qəzza ilə bağlı fəaliyyətləri koordinasiya etmək məqsədilə yaradılıb.

“Financial Times”ın mənbələri bildiriblər ki, müzakirə olunan məhdudiyyətlər yalnız Böyük Britaniya nümayəndələrinə deyil, digər Avropa ölkələrinin təmsilçilərinə də şamil oluna bilər.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail Qəzza ilə bağlı mərkəzdən avropalı nümayəndələri uzaqlaşdıra bilərjnews.az səsləndirməsi