13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Zelenski: Son 24 saatda Rusiyada 16 hədəf vurulub

Zelenski: Son 24 saatda Rusiyada 16 hədəf vurulub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son 24 saat ərzində Rusiyanın hərbi və enerji infrastrukturuna aid 16 hədəfə zərbə endirilib.

Jnews.az xəbər verir ki, zərbələr uzaq məsafədə yerləşən neft emalı sənayesi obyektlərinə, aerodromlara, raket bölmələrinə və Rusiyanın Ukraynaya hücumlar üçün istifadə etdiyi digər infrastruktura yönəlib.

Bundan başqa, Ukrayna qüvvələrinin Rusiya ərazisindəki hərbi müəssisələrdən birinə və logistika infrastrukturuna da zərbə endirdiyi bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “LUKOIL-Nijneqorodnefteorgsintez” neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib. Ukrayna və Rusiya mənbələrinin məlumatına görə, avqustun 25-dən 26-na keçən gecə zavodun ərazisində dron hücumundan sonra yanğın baş verib.

Qeyd edək ki, bu müəssisə Rusiyanın ən iri neft emalı zavodlarından biridir. Onun illik neft emalı gücünün təxminən 17 milyon ton olduğu bildirilir. Zavod daha əvvəl də Ukraynanın hücumlarına məruz qalmışdı.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Zelenski: Son 24 saatda Rusiyada 16 hədəf vurulubjnews.az səsləndirməsi