Yenilənib: Avqust 26, 2026 1:08 axşam
Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb, hərəkət normal rejimdə bərpa olunub.
Jnews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, iki ölkənin sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin yaratdığı sıxlıq aradan qaldırılıb. Hazırda sərhəd-keçid məntəqələrində növbələr minimuma endirilib.
Avqustun 26-na olan rəsmi məlumata görə, Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində növbədə 330 nəqliyyat vasitəsi gözləyir.
“Mazımçay” sərhəd-keçid məntəqəsində isə növbədə gözləyən nəqliyyat vasitələrinin sayı 56-dır.
