13 Elul 5786 26 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail səfirliyindən “Sabah”a təbrik: “Əla oynadınız!”

İsrail səfirliyi “Sabah”ı təbrik etdi: “Əla oynadınız!”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Azərbaycandakı səfirliyi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva” üzərində qələbə qazanan “Sabah” futbol klubunu təbrik edib.

Jnews.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında Bakıda keçirilən qarşılaşmanın möhtəşəm futbol gecəsi olduğu bildirilib.

Paylaşımda “Sabah” komandası qələbə münasibətilə təbrik olunub, “Hapoel Beer Şeva”ya isə mübarizliyi, əzmkarlığı və final fitinə qədər davam edən oyunu üçün hörmət ifadə edilib.

Səfirlik paylaşımında israilli azarkeşlərin fərqli nəticəyə ümid etdiyini qeyd etsə də, futbolun insanları bir araya gətirmək gücünü bir daha vurğulayıb.

“Əla oynadınız, ‘Sabah’! Hər iki komandaya böyük hörmət!” – paylaşımda bildirilib.

Qeyd edək ki, avqustun 25-də Bakıda keçirilən cavab oyununda “Sabah” “Hapoel Beer Şeva”nı əlavə vaxtda 5:2 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi iki oyunun yekununda 6:4 hesabı ilə qalib gələrək UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail səfirliyi “Sabah”ı təbrik etdi: “Əla oynadınız!”jnews.az səsləndirməsi