Yenilənib: Avqust 24, 2026 10:25 səhər
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 24-də rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini və digər təfərrüatlarını müəyyənləşdirirlər.
Mənbə: Jnews.az
