Bu axşam “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu keçirəcək. Azərbaycan təmsilçisi İsrailin “Hapoel Beer-Şeva” komandasının qonağı olacaq.
Qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cütün cavab qarşılaşması isə avqustun 25-də keçiriləcək. Həmin oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də start götürəcək.
