Dünya şöhrətli amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli əvvəlki yerinə qaytarılıb.
Bir vaxtlar sosial şəbəkələrdə və mediada böyük maraq doğuran heykəlin yenidən öz əvvəlki məkanında quraşdırılması həm kənd sakinlərinin, həm də turistlərin diqqətini cəlb edib.
Xatırladaq ki, abidə 2024-cü ildə yolun qoruma zolağında yerləşdiyi üçün müvəqqəti olaraq sökülmüşdü.