Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin ABŞ-ın guya çarəsizlikdən İranla danışıqlara cəhd etməsi ilə bağlı iddialarına özünün “Truth Social” hesabında cavab verib.
Tramp bəyan edib ki, danışıqları arzulayan tərəf ABŞ deyil, tükənmiş halda olan İrandır. Onun sözlərinə görə, İranın maliyyə vəziyyəti son dərəcə ağırdır və onların hətta 10 sentləri belə yoxdur.
Çarəsizlikdən görüşən biz yox, İran idi. Onlar tükəniblər. 60 gün müddətini sınaqdan keçirəcəyik. Onların pulu yoxdur, 10 sentləri belə yoxdur.
Xatırladaq ki, Ayətullah Seyid Müctəba Xamenei bundan əvvəl ABŞ-ın acizlikdən İranla danışıqlara məcbur olduğunu iddia etmişdi. Tramp bu bəyanatı rədd edərək, vəziyyətin tam əksi olduğunu vurğulamışdı.