Bakının Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesi üzərindəki "Şamaxinka" tunelinin çıxış hissəsinde bir avtomobil alovlanıb. Yanğın nəticəsində tunelə yaxın ərazidə nəqliyyat axını ciddi şəkildə pozulub, iki istiqamətdə yoğun tıxac əmələ gəlib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hadisə həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətinə gedən yolları tam blokladı. Hər iki istiqamətdə nəqliyyat vasitələri uzun müddət sırada gözləməli olub.
Hazırda hadisə yerinə cəlb edilmiş polis əməkdaşları tıxacın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.