İsrailin Təhlükəsizlik Kabineti beynəlxalq sabitləşdirici kontingentə hüquqi toxunulmazlığın verilməsini təsdiqləyib. Qərar güc strukturlarının ciddi etirazlarına baxmayaraq, beynəlxalq qüvvələrin Qəzza zolağının bəzi ərazilərində yerləşdirilməsi ərəfəsində qəbul olunub.
İsrailin müdafiə qurumlarının nümayəndələri xəbərdarlıq edirlər ki, Qəzza zolağında beynəlxalq kontingentin yerləşdirilməsi İsrail Müdafiə Qüvvələrinin (SAXAL) əməliyyat və hərəkət azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Ekspertlərin fikrincə, İsrail qüvvələrinin əməliyyat imkanlarının məhdudlaşması və bölgədə xarici hərbi kontingentin mövcudluğu HƏMAS qruplaşmasının hərbi potensialını yenidən bərpa etməsi üçün əlverişli şərait yarada bilər.
Mənbə: jpost.com
