Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən magistral yolların yenidən qurulması məqsədilə beynəlxalq tender elan edib. Layihə mövcud ikizolaqlı yolları müasir dördzolaqlı avtobanlarla əvəz etməyi nəzərdə tutur. Tikintinin ümumi dəyəri 250 milyon avro olaraq müəyyənləşdirilib.
Maliyyə və tender şərtləri
Layihə Avropa İnvestisiya Bankının kredit vəsaitləri hesabına maliyyələşdiriləcək. Maraqlanан şirkətlər lot üzrə tender təkliflərini bu ilin 14 avqustuna qədər təqdim edə bilərlər.
Marşrut və texniki parametrlər
Planlaşdırılan yollar Rustavi şəhərindən başlayacaq və iki istiqamətdə – Qırmızı körpü və Sadaxlıya qədər uzanacaq. Tender çərçivəsində ümumilikdə 61,3 kilometr uzunluğunda dördzolaqlı avtomobil yolunun tikilməsi nəzərdə tutulur.
Mövcud infrastrukturun problemi
Hazırda Gürcüstanı qonşu ölkələrlə – Azərbaycan və Ermənistanla birləşdirən magistrallar ikizolaqlıdır və sıx məskunlaşmış ərazilərdən keçir. Bu durum həm nəqliyyat axınını yavaşladır, həm də yol təhlükəsizliyini mənfi təsir edir. Yeni avtobanlar daha yüksək buraxılış qabiliyyətinə malik olacaq və yaşayış massivlərindən kənarda salınacaq.