5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: YARALILAR VAR

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb: YARALILAR VAR

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 113 nömrəli mütəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus qəzaya uğrayıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yoldan kənara çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliğindən (TƏBİB) verilən məlumata görə, iyulun 1-də saat 10:30-da 5-i qadın, 6-sı kişi olmaqla ümumililikdə 11 nəfər Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Tibb müəssisəsində pasiyentlərə lazımi ilkin yardım göstərilib və müayinələri aparılıb. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Mənbə: Qafqazinfo.az

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →