5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan üzərindən Ermənistana tranzit daşımaları davam edir

Azərbaycan üzərindən Ermənistana tranzit daşımaları davam edir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Azərbaycan ərazisindən tranzit keçməklə hərəkətini davam etdirir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınan, 14 vaqondan və 976 ton buğdadan ibarət qatar Böyük Kəsik stansiyasına doğru istiqamət alıb. Yük qatarı Böyük Kəsikdən Gürcüstan ərazisinə, oradan isə Ermənistana çatacaq.

Qeyd edək ki, Azərbaycan ərazisindən istifadə edilməklə Rusiyadan Ermənistana ötən dövr ərzində 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

Bununla yanaşı, Azərbaycan vasitəsilə Ermənistana 14 min tondan çox dizel yanacağı, həmçinin 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” markalı benzin ixrac edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →