3 Av 5786 17 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Azərbaycan-Rusiya: XİN rəhbərləri əməkdaşlığın yeni mərhələsi üzrə plan imzalayıblar

Azərbaycan-Rusiya: XİN rəhbərləri əməkdaşlığın yeni mərhələsi üzrə plan imzalayıblar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü keçirilib.

Görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, nəqliyyat və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Danışıqlar zamanı regional və beynəlxalq gündəmin aktual məsələlərinə də toxunulub. Xüsusi diqqət nəqliyyat sahəsində birgə layihələrin inkişafına, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsinə və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə yönəldilib.

Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışan Ceyhun Bayramov bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında formalaşıb.

Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən proseslər müzakirə edilib. Tərəflər sülh və sabitliyin təmin olunması üçün diplomatik dialoqun davam etdirilməsinin və beynəlxalq hüquq normalarına riayət edilməsinin vacibliyini vurğulayıblar.

Danışıqların yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üzrə məsləhətləşmələr planı imzalanıb.

Sənəd iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığın davam etdirilməsini və qarşılıqlı məsləhətləşmələrin daha da gücləndirilməsini nəzərdə tutur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan-Rusiya: XİN rəhbərləri əməkdaşlığın yeni mərhələsi üzrə plan imzalayıblarjnews.az səsləndirməsi